SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Eynulla Musayevin cinayət işinə baxılıb.

BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, dəhşətli qətl hadisəsi Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində baş verib.

İstintaqla müəyyən olunub ki, Eynulla Musayev arvadı Şərqiyyənin onunla intim əlaqədə olmağa uzun müddət razılıq verməməsi səbəbindən dəfələrlə mübahisə edərək sonuncunun ona xəyanət etməsindən şübhələnib.

Mayın 27-si səhər saat 11:00 radələrində birgə yaşadıqları evdə həyat yoldaşına əlaqədə olmağı təklif edərkən sonuncu yenə də ona etiraz edərək kobud cavab qaytarıb.

Bu səbəbdən aralarında mübahisə yaranıb. Musayev ondan qisas almaq qərarına gələrək gödəkcəsinin cibindən bıçaq çıxarıb Şərqiyyənin döş qəfəsi və boyun nahiyyələrinə 3 ədəd bıçaq xəsarəti yetirməkdə onu qəsdən öldürüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Eynulla Musayev bildirib ki, 1996-cı ildə Şərqiyyə ilə ailə həyatı qurub və birgə nigahdan iki övladları dünyaya gəlib.

Evləndikdən sonra Köhnə Xaçmaz kəndində ev tikib orada yaşayıb. Qızları anadan olandan sonra yoldaşı ilə münasibətləri tədricən soyumağa başlayıb. Arvadı onu özünə yaxın buraxmayıb. Musayev yoldaşının ona başqa şəxslə xəyanət etməsindən şübhələnib.

Hadisə baş verən gün səhər saatlarında qızı məktəbə, arvadı isə işləmək üçün sahəyə yollanıb. Eynulla Musayev isə Xaçmaz şəhərinə getməkdə ötrü evdən çıxıb, lakin bir qədər sonra yarı yoldan evə qayıdıb.

Evdə Şərqiyyənin qonşularla birgə oturub çay içdiklərini görüb. Musayev kiçik otağa keçib. Bir müddət sonra qonşular çıxıb getdikdə arvadı ilə evdə tək olduqlarını görüb yoldaşına intim əlaqədə olmağı təklif edib. Lakin arvadı razılaşmayaraq onu söyməyə başlayıb.

O, arvadına uzun müddətdir əlaqədə olmadıqlarını xatırladıb etiraz etməməyi xahiş etsə də, yoldaşı yenə də onu söyməkdə davam edib. Bu səbəbdən Eynulla möhkəm əsəbləşib və evdəki mətbəx bıçağını götürüb cibinə qoyub.

Evin kiçik otağında ayaq üstə dayanıb qab yuyan Şərqiyyəyə yaxınlaşıb. Arvadının hərəkətlərinə artıq dözə bilmədiyi üçün onu öldürmək qərarına gəlib. Eynullada bıçaq olduğunu bilməyən Şərqiyyə bu dəfə də intim əlaqədə olmaq istəmədiyini bildirib və onun ünvanına söyüşlər işlədib.

Bu zaman Eynulla gödəkcəsinin cibindən bıçağı çıxarıb arvadının ürək nahiyəsinə sancıb. Şərqiyyə zərbənin təsirindən yerə yıxılıb. Musayev aşağı əyilib bıçaqla ona yenidən xəsarət yetirmək istədikdə sonuncu onun əllərindən tutub.

Eynulla isə yoldaşının əlini iki dəfə dişləyib və arvadı onun əlini buraxdıqdan sonra onun boyun tərəfindən ardıcıl xəsarətlər yetirib.

Yoldaşı xırıldamağa başlayıb. Eynulla isə onun boğazını yarıya qədər kəsib ki, Şərqiyyə tez ölsün və bununla da onun ürəyi rahat olsun.

Qətldən sonra evdən həyətə çıxıb. Heç kimin olmadığını görüb həyətə qayıdıb və əllərini yuyub. Daha sonra isə polisə gələrək təslim olub.

Məhkəmə prosesində isə Eynulla Musayev ittiham üzrə özünü təqsirli hesab etməklə törətdiyi cinayət əməlindən səmimi peşmanlıq çəkdiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 39 yaşlı Eynulla Musayev qəsdən adam öldürməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

BAKU.WS
VİDEO