VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xalatala kənd sakini, 60 yaşlı İbrahim Mehdiyevin idarə etdiyi minik maşını ilə rayon sakini, 26 yaşlı Ömər Əlibəyovun idarə etdiyi nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı “VAZ 21099” markalı avtomobildə olan sərnişin - rayonun Xalatala kənd sakini, 71 yaşlı Həvva Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Sürücü İ.Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən H.Məmmədovanın qızları - 37 yaşlı Xanım Məmmədova və 49 yaşlı Mehriban Burbaşova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan İ.Mehdiyevin müalicəsi davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS
VİDEO