SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Əbuzər Əbilov bir qrup hərbçi adından Prezidentə və müdafiə nazirinə müraciət edib.

Polkovnikin BAKU.WS-ə daxil olan müraciətində döyüşə getmək üçün əmr gözlədiklərini bildirilir.

"Cənab Komandan,cənab nazir, son günlər Azərbaycan ordusunun davamlı zərbələri nəticəsində bir sıra yaşayış məntəqələrimiz azad olundu. Düşmən isə hələ də təslim olmaq istəmir. Xahiş edirik ehtiyatda olan biz zabitlərin səfərbər olunması,komplektləşdirilməsi və ön cəbhəyə yola salınması ücün əmr verəsiniz. Aramızda ixtisaslı hərbi mütəxəssislər, döyüşcülər, tibb işciləri var. Bu insanların uzun illər hərbi sahədə olan bilik və bacarıqlarından istifadə olunması ücün göstəriş verəsiniz. 
Ölkədə vətənpərvərliyin, döyüş əhval-ruhiyyəsinin qaldırılması, gənc nəslin kecmiş döyüşcülərin bu hərəkətindən daha da ruhlanması ücün şərait yaradasınız. Xahiş edirik bizə yarımcıq qoyduğumuz döyüşümüzü davam etdirməyə və qisasımızı almağa şərait yaradasınız.
Nəzərinizə catdırırıq ki, öz tərəfimizdən.komplektləşdirilmə zamanı, qoyulan tapşırığa, verilən əmrlərə dəqiqliklə əməl edəcəyimizə söz veririk”, - müraciətdə deylir. 

BAKU.WS