VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə dair məlumat yayıb.

BAKU.WS FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Gəncə Regional Mərkəzinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***11:30 

Samuxda iki nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Mercedec” minik avtomobili ilə kombayn toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKU.WS
QALEREYA