SİZİN REKLAM BURADA!
055 213 76 73


Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın yaralı xəstəxanaya aparılıb.

Rayonun Füzuli kəndindən qeydə alınan qəzaya səbəb, avtobusun qarşısına qəflətən uzunqulaq arabasının çıxması olub. Avtobus arabaya çırpıldıqdan sonra aşıb.

Xəsarət alan şəxslərin kimliyi müyyən edilib:

1. Məmmədova Aynur Əli qızı - Hacallı kənd sakini

2. Əliyeva Nübar Sanil qızı - Hacallı kənd sakini

3. Allahverdiyeva Yeganə Çərkəz qızı - Hacallı kənd sakini

4. Abdulayeva Nahilə Bakir qızı - Füzuli kənd sakini

5. Hüseynova Hüsniyə Sabir qızı - Füzuli kənd sakini

6. Məmmədova Sucayyət Yusif qızı - Hacallı kənd sakini

7. Orucov Rəşad Vidadi oğli

8. Məhərrəmova Təzəgül Eyvaz qızı - Hacallı kənd sakini

9. Quliyeva Şəhla Abbas qızı - Füzuli kənd sakini

10. Qurbanova Mehriban Yusif qızı - Hacallı kənd sakini

11. Səlimova Ceyran Sabir qızı - Hacallı kənd sakini

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinş hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA