SİZİN REKLAM BURADA!
055 213 76 73


Gecə saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 22 yaşlı Zaqatala rayon sakini Zahid Əliyevin idarə etdiyi minik avtomobili ilə 27 yaşlı Şəki rayon sakini Orxan Qasımzadənin sükanı arxasında olduğu yük maşını toqquşub.

Qəzadan sonra ağaca və yol nişanına çırpılan minik avtomobili aşaraq yanmağa başlayıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Qəza zamanı minik avtomobilinin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yüngül olduğu üçün ona ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

Yük avtomobilinin sürücüsünün sözlərinə görə, o, Şəkidən Zaqatala rayonuna içərisində arı ailələri olan yeşiklər aparırmış. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO