VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ermənistan ərazisində hərbi səfərbərliyin elan olunması haqda xəbərlər həqiqəti əks etdirmir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" səhifəsində yazıb.

Onun yazdığına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki gərginlik Ermənistan ictimaiyyətində şayiələrin yayılmasına və əhalinin vahimələnməsinə səbəb olub.

Mətbuat katibi səfərbərliklə bağlı yayılan xəbərləri də şayiə adlandıraraq təkzib edib. 
 
BAKU.WS