VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyul-avqust aylarında rayonun Eyvazlılar kəndi ərazisindəki tövlədən və otlaq sahəsindən mal-heyvan oğurlayaraq vətəndaşlara maddi zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanların oğurlandığı barədə məlumat veriblər.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri - E.Ələsgərov və S.Əliyev saxlanılıb.

Araşdırmalarla onların zərərçəkmişlərə məxsus 450 manat dəyərində xırdabuynuzlu və 330 manat dəyərində iribuynuzlu mal-heyvan oğurladıqları müəyyən edilib. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

BAKU.WS