VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Azərbaycanda polis iki nəfər silahlı şəxsi zərərsizləşdirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonunda Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliməmmədovdan "TT” markalı tapança və 8 ədəd patron götürülüb.

Həmin gün Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Abbas Məmmədovdan "AK” markalı silah, 3 ədəd patron darağı və 231 ədəd patron götürülüb.
 
BAKU.WS