SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

BAKU.WS