SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Feyzulla Qasımzadə küçəsi 9 ünvanında tikilən yüksəkmərtəbəli bina ərazi üçün təhlükə mənbəyinə çevrilib. 

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, sözügedən ünvanda tikilməkdə olan yüksəkmərtəbəli binada təhlükəsizlik qaydalarına əməl edilmir. Qoruyucu təbəqə olmadığından tikintidən düşən əşyalar ətrafdan keçən insanların həyatı üçün ciddi təhlükə törədir. Bununla bağlı bir neçə dəfə aidiyyatı qurumlara müraciət edilsə də, ölçü götürülməyib. 

Şahidlərin dediyinə görə, bu gün də tikintidən ətrafa materiallar dağılıb. Xoşbəxtlikdən ətrafdan keçən insanlar xəsarət almasalar da, küçədəki maşınlara ciddi ziyan dəyib. 01 BT 151 nömrəli "Mersedes ML” markalı avtomobilin alın şüşəsi sınıb, bir neçə maşının damı zədələnib.

BAKU.WS