VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birində insident baş verib.

BAKU.WS xəbər verir ki, Lent.az-ın məlumatına görə, R.Bağırov küçəsi-30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində həkimlər xuliqanlıq zəminində döyülüb. 

37-ci Polis Bölməsinə müraciət edən 1960-cı il təvəllüdlü Babayev Qılman Əli oğlu və 1963-cü il təvəllüdlü Abdulzaqov Sübhan Rza oğlu bildirib ki, xəstəxanada Nəcməddin adlı şəxs xuliqanlıq zəminində onları döyərək xəsarət yetirib.

Həkimlərin müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır. 
 
BAKU.WS