VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir müddət öncə sabiq nazir Eldar Mahmudovun atası, akademik Əhməd Mahmudovun öz adını daşıyan Şərur Liseyinin qarşısındakı büstünün və lisey binasının tamamilə söküldüyü haqda xəbərlər yayılmışdı. Amma əsl qalmaqal bununla yox, həmin liseyin binasının tikilməsilə bağlıdır.

BAKU.WS azvision.az-a istinadən məlumatına görə, binanı tikən "Royal” şirkətinin sədri Elşad Seyidov sabiq nazirin qohumu olsa da, əslində onun qurbanlarından biridir. Belə ki, 2006-cı ilin ortalarında E.Mahmudov mərhum akademikin ruhuna hörmət əlaməti olaraq doğulduğu Şərur rayonunda lisey binasının tikintisini Elşad Seyidova həvalə edir. Tikintiyə nəzarəti isə ləğv edilmiş Nazirliyin tikinti şöbəsinin rəhbərinə tapşırır.

E.Seyidovun tikintiyə xərclədiyi 2 milyon manatdan ona cüzi hissə - 430 min manat ödəniş olunur. Bu səbəbdən E.Seyidov evini satır, qohumlarının adına sabiq nazirin qudasının bankından yüksək faizli kredit götürür. Və nəhayət ki, 2008-ci ildə tikintini başa çatdırır.

Bundan sonra sabiq nazir növbəti "tryuka” əl ataraq, öz işçilərini tikintiyə təftişə göndərir. Həmin şəxslər tikintiyə guya 1.200.000 manat xərcləndiyini "aşkar edirlər”. Həmin məbləği verməmək azmış kimi, E.Seyidova da digər zərərçəkmişlər kimi hədə dolu ismarıclar göndərilir.

E.Seyidov ödənişlə bağlı sabiq nazirin şəxsi telefonuna dəfələrlə sms-lər yazsa da, nəticəsi olmur. O, halal pulunu almaq tələbilə sabiq nazirin köməkçisi və qohumu Vüqar Mahmudovla, digər qohumu Musa Mahmudovla nazirə xəbər göndərir. Öz növbəsində Musa Mahmudov cavab olaraq deyir ki, "Yaxşı qurtarmısan, səndən əvvəl biri var idi, torpağını tələb edirdi, onun bütün əmlakı əlindən alındı, özü də qaçıb Amerikaya”.
 
BAKU.WS