VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda yol polisindən daha bir şikayət daxil olub. 

BAKU.WS-ə müraciət edən Bakı sakini İsmayılov Vasif yol patrul xidmətinin əməkdaşının onun avtomobilini qanunsuz şəkildə cərimə meydançasını apardığını bildirib. 

Belə ki, 30 mart gecə içkili olduğuna görə, evə getmək üçün ayıq sürücünü çağırdığını deyən şikayətçi yolda gedərkən 99-YP-384 nömərli YPX əməkdaşı tərəfindən saxlanıldığını iddia edir. Sürücünün etirazına baxmayaraq maşın evakuatorla aparılıb. 

10-DN-313 markalı "Tofaş" avtomobilin sürücüsü həmçinin onu da bildirib ki, avtomobili hazırda Nizami rayon cərimə meydançasındadır və qanunsuz əməlinə görə 99-YP-384 nömərli YPX əməkdaşından şikayət edib, yaxın günlərdə məhkəmə olacaq. 
 
BAKU.WS