SİZİN REKLAM BURADA!
055 213 76 73


Gecə saatlarında Goranboy rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayon polis şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, rayonun Qarqucaq kəndi ərazisində 1987-ci il təvəllüdlü Nəsimi Kərimovun idarə etdiyi "VAZ-2107” markalı avtomobil aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan 1986-cı il təvəllüdlü Cahid Tağıyev, 1987-ci il təvəllüdlü Seymur Abbasov ağır yaralanıblar. Yaralılar xəstəxanaya aparılarkən Xahid Tağıyev dünyasını dəyişib.

Baş verən qəzada ölən və yaralananlar Naftalan rayon polis şöbəsinin əməkdaşlarıdır. Onlar qəza baş verən vaxt xidmət başında olmadığqları bildirilir.

Qeydə alınan yol qəzasının səbəbləri isə aparılacaq araşdırmalardan sonra istintaqa məlum olacaq.

Faktla bağlı cinayət iş ibaşlanıb.


Ziya Səccad
BAKU.WS