VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sürücü avtomobili ilə velosipedçini vurduqdan sonra hadisə yerindən qaçıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

Bildirilib ki, qəza Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

Videodan sutkanın qaranlıq vaxtı yolun solu ilə hərəkət edən velosipedçini arxadan gələn “Mercedes” markalı avtomobilin vurduğu və sürücünün gəldiyi sürətlə hadisə yerindən uzaqlaşdığı görünür.

Zərbənin gücü velosipedçini bir neçə metr kənara tullayıb.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO