SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran rayonunda Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğının qarşısı alınıb və məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kənd əhalisinin köməkliyi ilə qısa zamanda yanğının məhdudlaşdırılmasına nail olublar.

20:29

Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçən yanğın davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğının söndürülməsinə nazirliyin yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 60-dan artıq əməkdaşı, 4 yanğınsöndürən maşın, əlavə texnika və yerli sakinlər cəlb edilib.

Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə olunur, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.

İlkin hesablamalara görə, yanğın təxminən 7 hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır.

Yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verdiyi bildirilir. Bu səbəbdən nazirlik bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, biçilmiş sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa çağırır.

BAKU.WS