VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Cəlilabadda fermadan heyvanlar oğurlanıb.


BAKU.WS
-in məlumatına görə, hadisə axşam saatlarında rayonun Uzuntəpə kəndindəki Çingiz Ağyevə məxsus fermada baş verib.

Təsərrüfat sahibinin sözlərinə görə, dünən axşam saatlarında heyvanları tövləyədə bağlayıb. Lakin səhər saatalarında sürüdəki heyvanlarınbir neçəsinin oğurlandığı məlum olub.

Təsərrüfat sahibi deyir ki, naməlum şəxslər sürüdən ən iri çəkili heyvanları seçərək oğurlayıblar. Bu səbəbdən ona dəymiş maddi ziyanının məbləği də böyükdür.


Qeyd edək ki, bir müddət öncə də sözügedən təsərrüfadan xeyli sayda xırdabuynuzlu heyvanlar oğurlanıb. Artıq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib.

 

Cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində axtarışlar davam etdirilir.

Ziya Səccad
BAKU.WS