VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


PKK terror təşkilatı Türkiyənin hakim Ədalət və İnkişaf Pariyasının (AKP) İspir mahal təşkilatının sədri Saleh Zəki Çətinkayanı qaçırıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu barədə AKP-nin Ərzrum Vilayət təşkilattının sədri Fatih Yeşilyurt məlumat yayıb. Onun sözlərinə görə, hadisə təşkilat sədrinin Ərzurumdan Şanlıurfaya səfəri zamanı baş verib. Qardaşı Şahin Çətinkaya və baçşqa bir nəfərlə yola çıxan AKP təşkilat sədri Bingölün Genc ilə Diyarbəkirin Lice mahalı arasında terrorçular tərəfindən saxlanılıb. Təşkilat sədrini naməlum istiqamətdə aparan terrorçular Şahin Çətinkayanı və yanlarındakı digər şəxsi sərbəst buraxıblar.

BAKU.WS