SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Ali Məhkəmədə Baş Prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"in sədri, hüquq müdafiəçisi İntiqam Əliyevin cəzasının ağır olmasına dair əlavə kassasiya protestinə baxılıb.

BAKU.WS məlumat verir ki, pleynum iclasında İntiqam Əliyevin 5 il şərti azadlığa buraxılması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsidə hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib.

İntiqam Əliyev Ali Məhkəməyə kassasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb.

Bir neçə gün bundan öncə İ. Əliyev barəsində Baş Prokurorluq cəzanın ağır olmasına dair əlavə kassasiya protesti verib.
 
BAKU.WS