VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda keçirdiyi antiterror əməliyyatlatı nəticəsində PKK-nın törəmə təşkilatlarına məxsus böyük cəbhəxana aşkarlayıb.
 
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı beş nəfər şübhəli şəxs qismində saxlanılıb.

Rəsmi məlumatlara görə, son günlər təhlükəsizlik qüvvələrinin keçirdikləri antiterror əməliyyatları zamanı ölkənin Mardin və Şırnak bölgələrində 26 PKK mənsubu zərərsizləşdirilib.

Bir neçə gün əvvəl parklardan birində yerə döşənən üzlükələrin içərisində güclü partlayıcı qurğu aşkarlanıb. Bundan başqa, Mardinin Nusaybin rayonunda PKK-ya aid düşərgədə Türkiyə ordusuna məxsus çox sayda əsgər geyimi aşkarlanaraq götürülüb. Polis ehtimal edir ki, PKK-çılar əsgər geyimində hucuma hazırlaşırmış.