VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyalı iş adamı Aleksandr Lebedeva məxsus Britaniyanın "The Independent” qəzetinin bu gün sonuncu dəfə kağız versiyası işıq üzü görüb.
 
BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bundan sonra "The Independent”in yalnız onlayn versiyası mövcud olacaq.
 
Qeyd edək ki, qəzet 1995-ci ildən bu günə qədər ilk dəfədirki kağız versiyasını bağlayıb və tam internet rejiminə keçib. Bunun əsas səbəbi isə maliyyə çətinlikləri ilə bağlıdır.
 
Qəzet 1990-cı illərin əvvəlində də ciddi maliyyə problemləri ilə üzləşib. "The Independent”in tirajı 2009-cu ildə 184 min nüsxəyə qədər enib. A.Lebedev 2010-ci ildə nəşri nominal qiymətə - 1 funt sterlinqə alıb. Lakin qəzet yenə də populyarlığını itirməkdə davam edib. Ötən il isə onun gündəlik tirajı 58 min nüsxədən aşağı düşüb.
 
Bankirin "The Independent”in kağız versiyasının buraxılmasını dayandırmağı niyyətini bu ilin fevralın oratalarında məlum olub. Həmin vaxt bildirilib ki, Lebedev və onun oğlu qəzeti satmaq qərarına gəliblər.
 
Xatırladaq ki, "The Independent” gündəlik qəzeti 1986-ci ildə yaradılıb və 1990-cı ildə tirajı 400 min nüsxəyə çatıb.
 
BAKU.WS