SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq müəyyən edilmiş vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbir şərtlərinin pozulması ilə fəaliyyət göstərən restoran aşkarlanıb.

BAKU.WS xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində iyunun 9-da Sulutəpə dairəsində “Ailəvi” restoranın icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Beş nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq obyektin icarədarı B.Mirzəyev 200, digərləri isə hər biri 100 manat cərimə olunublar.

BAKU.WS
QALEREYA