SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzinin qarşısında ağır yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Verilən məlumata görə, “Mercedes” markalı minik avtomobili “Kamaz” markalı yük maşınının altına girib.

Hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilib. Lakin hadisənin dəqiq səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS