VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda intihar hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA