SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtda 3 qız itkin düşüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, itkin düşənlərdən biri tapılaraq ailəsinə təhvil verib.

Hadisələrdən biri paytaxtın Sabunçu, digəri isə Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, mayın 30-u Sabunçu rayonu, 4-cü mədən küçəsində yaşayan 1986-cı il təvəllüdlü G.İsayeva evdən çıxıb və geri qayıtmayıb.

İkinci hadisə isə iyunun 1-də olub. Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsində yaşayan 2005-ci il təvəllüdlü F.Bədəlova evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hər iki faktla bağlı ərazi üzrə polis idarələrində araşdırma aparılır.

Mayın 31-də paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsində yaşayan 2001-ci il təvəllüdlü A.Gənciyeva rayonun Təbriz küçəsi 51 ünvanında yerləşən Bakı İdarəetmə və Texnologiya Kollecindən çıxaraq, naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun atası ərizə ilə müraciət edib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Gənciyeva tapılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS