VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə övladlarını silahla hədələyən şəxs tutulub.

BAKU.WS xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 29-da Şəki şəhərində yaşayan bacı və qardaş Şəki Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ataları - əvvəllər məhkum olunmuş R.Süleymanovun onları bıçaqla öldürəcəyi ilə hədələməsi barədə məlumat veriblər.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən R.Süleymanovun yaşadığı evə baxış zamanı bir ədəd avtoqələm formasında yivsiz silah, iki ədəd bıçaq, 41 ədəd patron və 15 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS