VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusarda hasarın aşması nəticəsində faciə baş verib.

BAKU.WS xəbər verir ki, rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən 9-10 il əvvəl mişar daşı ilə hörülmüş hasar, həmçinin hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi həyət Valəddin Şeydayevə məxsusdur.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS