SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndlisi Sənan Məmmədlinin onun başına taxta parçası ilə vuraraq “Daweoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S. Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib.

Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS
QALEREYA