SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Təbriz küçəsində yaşayan 1957-ci il təvəllüdlü Asim Yusifovun bıçaq yarası ilə ölmüş şəkildə cəsədi aşkar edilib.

Hadisə yerinə Gəncə şəhər Prokurorluğu və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Meyitə baxış zamanı onun bıçaqla öldürüldüyü məlum olub.

İlkin məlumata görə, hadisə tərəflərin tanışı ilə birlikdə mərhumun evində yeyib-içdikdən sonra baş verib.

Faktla bağlı cinayət işi açılıb, qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat istintaq qrupu yaradılıb.

“Oxu.az”ın əldə etdiyi məlumata görə, Gəncə şəhərində, Təbriz küçəsi, 48 saylı ünvanda kəsici-deşici alətlə öldürülən şəxs keçmiş polis olub.

Evində meyiti tapılan Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov uzun illər Gəncə Baş Polis İdarəsində müstəntiq işləyib.

O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Onun evində yeyib-içmək məclisindən sonra tanışı tərəfindən qətlə yetirildiyi bildirilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

BAKU.WS
QALEREYA