VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib, zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu və 1 mülki şəxs ölüb, 2 nəfər isə ağır xəsarət alıb.

BAKU.WS
QALEREYA