SİZİN REKLAM BURADA!
055 213 76 73


“Şirvan şəhərinin Heydər Əliyev prospektində iki YPX avtomobilinin yolun hərəkət istiqamətində dayandığına dair sosial şəbəkədə yayılan video ilə bağlı araşdırma aparılır”.

BAKU.WS xəbər verir ki bu sözləri “oxu.az”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, görüntüləri çəkən sürücü özü də yol hərəkəti qaydasının müvafiq qaydalarını pozub:

“Sürücü yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət edir. Həmin yolda hərəkət intensivliyinin olmadığını nəzərə alsaq, sürücü sağ zolaqla hərəkət etməlidir.

Eyni zamanda sürücü uzaqdan Yol Patrul Xidməti (YPX) avtomobillərinin sayrışan işıqları yandıraraq yolda dayandığını görür.

Bilirsiniz ki, sayrışan işıqların yandırılması xidməti zərurətlə əlaqəli olan məsələdir. Bəlkə də, YPX əməkdaşlarının yolda dayanmasının işlə bağlı səbəbi var.

Amma bütün hallarda məsələ barədə Şirvan şəhər Yol Polisi İdarəsinin rəhbərliyinə məlumat verilib.

Bu istiqamətdə müvafiq araşdırma aparılaraq YPX avtomobillərinin yolun hərəkət istiqamətində dayanmasının səbəbi müəyyən ediləcək”.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə Şirvan şəhərinin Heydər Əliyev prospektində iki YPX avtomobilinin yolun hərəkət istiqamətində dayandığına dair video yayılıb.

Paylaşım edən şəxs YPX əməkdaşlarının yolda digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratdığını iddia edib.

BAKU.WS
VİDEO