VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün Gəncə Hüquq Məsləhətxanasında vəkil qadın bıçaqlanıb.


BAKU.WS
-in məlumatına görə, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılova döş qəfəsindən bıçaqlanıb. Ürək nahiyyəsindən bıçaq zərbəsilə yaralanan vəkil xanım ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi əməliyyat zamanı vəkili bıçaqlayan Mübariz adlı şəxs saxlanılıb. O, vəkili məhkəmə zamanı qohumunun hüquqlarının pozması səbəbindən intiqam almaq məqsədilə vurduğunu deyib. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

Ziya Səccad
BAKU.WS