SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatalada 40 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Qımır kənd sakini, 1980-ci il təvəllüdlü Cahangir Məmməd oğlu Məmmədov qarnının sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. C.Məmmədova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.

Araşdırma zamanı C.Məmmədovun şəxsi münasibətlər zəminində həmkəndlisi Orxan Gözəlov tərəfindən bıçaqlanması məlum olub. Hədisə törətməkdə şübhəli bilinən O.Gözəlov saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS