VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda qeyri-adi yol qəzası baş verib. İşıqforun qırmızı işığında keçən motosklet sürücüsü piyadaları vurub. Buna əsəbləşən piyadalarla sürücü arasında dava düşüb. Daha doğrusu piyadalar sürücünü döymək istəyiblər. Bu hal isə motosklet sürücülərinin davranış qaydalarını gündəmə gətirir.

İşıqforun qırmızı işığında dayanmayan motosklet iki piyadanı vurub. Yerə yıxılan piyadalar dərhal ayağa qalxıb sürücüyə hücum edirlər.

Paytaxtda baş verən hadisə təhlükəsiz şəhər kameralarına düşüb. Görüntülərdən də məlum olur ki, motosiklet sürücüsü işıqforun qadağanedici qırmızı işığı yanan anda yolayrıcını keçmək istəyir və sürəti artıraraq hərəkəti davam etdirir. Bu zaman tam normal şəkildə yolu keçməyə çalışan iki piyadanı vuran motosiklet sürücüsü çətin vəziyyətə düşür. Piyadalardan biri əli ilə digəri isə əlindəki kağızla sürücünü vurmağa başlayırlar.

Buna bənzər halların ilk dəfə olamdığını nəzər alsaq bir sıra motosklet sürücülərin yol hərəkət qaydalarına dırnaqarası yanaşması aktuallaşır. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə mühərriki 50 kub-santımetirdən çox olan həmin nəqliyyat vasitəsinə dövlət nömrə nişanı verilir. Belə sürücülərin qayda pozuntusu dərhal kameralara düşür və onlar barəsində müvafiq qaydada tədbirlər görülür.

Bəzi motosklet sürücüləri təkcə işıqforun qırmızı işığından keçməklə yox, digər təhlükəli hərəkətlər etməklə də qayda pozurlar. Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər paytaxda motoskletçilərin iştirakı ilə 4 yol nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS