Bakının Sabunçu rayonunda 16 yaşlı oğlan zorlanıb.


Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, 1999-cu il təvəllüdlü oğlan zorlanıb. Bu barədə uşağın valideynləri polisə şikayət ediblər. Şikayət əsasında onu zorlamaqda günahlandırılan şəxs saxlanılıb. Onun 35 yaşlı kişi olduğu bildirilir. Hələlik onun günahı tam sübuta yetirilmədiyi üçün adı gizlin saxlanılır.

Hadisə ilə bağlı Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürova BAKU.WS-ə bildirib ki, hazırda zorlanma ilə bağlı şikayət polis tərəfindən araşdırılır.

Ziya Səccad
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ