SİZİN REKLAM BURADA!
055 213 76 73


Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkar edilib.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə qanunsuz yolla ölkə ərazisinə mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında, "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "DAF" və "DAF FTXF 105" markalı avtomobillər saxlanılıb.

Baxış zamanı həmin avtomobillərdən birində 2 ədəd "iPhone" markalı mobil telefon və 4 ədəd "iPhone 11 Black 128 GB" markalı mobil telefon üçün boş qutu, digər avtomobildə isə 11 ədəd "Samsung Galaxy A51 64 GB" və 5 ədəd "Samsung Galaxy A51 128 GB" markalı mobil telefonlar aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA