SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda “Mercedes” markalı avtomobilin sürücüsü qəza şəraiti yaradıb.

BAKU.WS “oxu.az”a istinadla xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Görüntülərdə “Mercedes” markalı avtomobilin sürücüsünün Bakı-Sumqayıt yolu ilə hərəkətdə olan zaman qarşıda yaranmış tıxaca düşməmək üçün Kənar Dairəvi yola əks istiqamətdən girməsi, digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratması əks olunub.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, faktla bağlı araşdırma aparılır:

“Sözügedən məsələ ilə bağlı sosial şəbəkədə yayılan görüntülər barəsində araşdırma aparılır.

Tərəfimizdən “Mercedes” markalı avtomobilin sürücüsünün kimliyinin müəyyən edilməsi və törətdiyi xəta ilə bağlı qanunvericiliyin normalarına uyğun şəkildə məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Araşdırmanın yekun nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

BAKU.WS
VİDEO