SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda daha bir sürücünün xuliqanlıq edərkən çəkilmiş görüntüsü yayılıb.

BAKU.WS xəbər verir ki, sürücülərdən biri başına gələn hadisənin videosunu Avtosfer.az-a göndərib.

Belə ki, o, aprelin 26-ı Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda qaydalar çərçivəsində hərəkət edən zaman arxadan "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək ondan yol istəyib.

Qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb.

Üstəlik sürücünün üzündən vuraraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə DİN-in 102 qaynar xəttinə şikayət edib.

BAKU.WS
VİDEO