SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Rusiyada Moskvadan Norilsk şəhərinə gedən 5 azərbaycanlı şəxs aeroportda saxlanılıb.
 
BAKU.WS-in məlumatına görə, Moskvadan gəlmiş sərnişinlərin sənədlərinin yoxlanması zamanı qanunsuzluq aşkarlanıb. Azərbaycanlıların təqdim etdiyi sənədlər polisdə şübhə yaradıb. 

Keçirilmiş ekspertizaların nəticələrinə görə sənədlər saxta çıxıb. Saxta sənəd istifadə etdiklərinə görə azərbaycanlı şəxslər barəsində cinayət işi açılıb. 5 nəfəri azı 80 min rubla qədər cərimə və ya iki il müddətinə qədər islahedici işlər gözləyir. Məhkəmə qərarından asılı olaraq azərbaycanlılar 3 aydan 6 aya qədər həbs də oluna bilərlər. 
 
ŞAHİN Həbibov
BAKU.WS