SİZİN REKLAM BURADA!
055 213 76 73



 
Birləşmiş Millətlər Təşkilatı Cənubi Sudandakı vətəndaş müharibəsi haqqında hesabat nəşr edib.
 
 
BAKU.WS-in məlumatına görə, BMT-in hesabatında bu ölkədə dünyanın ən qorxunc hadisələrindən birinin yaşandığı qeyd edilib. Hesabatda rejimin dəstəkçisi olan polislərə və orduya təcavüz icazəsi verildiyi, qətl edilən 10 min 553 vətəndaşın 829-un boğularaq öldürüldüyü ifadə edilib.

Təcavüzün Cənubi Sudan əsgərləri arasında da "qəbul ediləbilən bir hərəkət" olaraq görüldüyünü ifadə edilib. Hesabata əsasən, müxalifətə köməkçi olduğu düşünülən insanlar, qadın, yaşlı və ya əlillər canlı-canlı yandırılıb. Bəziləri konteynerlərdə havasızlıqdan boğulub, ağacdan sallandırılaraq edam edilib. 

BMT istintaqı 2015-ci ilin aprel və sentyabr ayları ərzində 1300-dən çox təcavüz hadisəsi qeydə alıb. 
 
BAKU.WS