VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycanın Qazax rayon sakini Tovuzda özünü yandırıb.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Qazax rayon Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.