SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün səhər saatlarında Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi tapılıb.
 
BAKU.WS Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:53-də başa çatıb.

Xatırladaq ki, Trend-in məlumatına görə, dünən Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olmuşdu.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, vətəndaşın axtarışlarına başlamışdı.

Qeyd edək ki, intihar edən şəxs banka borclu olduğu bildirilir. 
 
BAKU.WS