SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Qarsın Sarıqamış bölgəsindən keçən Bakı-Tbilisi-Ərzurum boru xəttində yenidən partlayış baş verib.
 
BAKU.WS-in məlumatına görə, təxribat ehtimalı olduğu güman edilən partlayışdan sonra yanğın böyüyüb və alovlar kilometrlərlə uzaqlıqdan müşahidə edilib.
 
"Şahdəniz" qazının daşındığı boru xəttində partlayış Bakı vaxtı ilə saat gecə 23.50-də baş verib. Partlayışın dəqiq səbəbləri hələlik bilinmir. Hadisədən sonra çıxan yanğının alovları 100 metrə qədər yüksəlib.
 
Sarıqamış səlahiyyətliləri 2 il əvvəl də eyni yerdə olan partlayış olduğunu xatırladıb və bunun təxribat olduğunu iddia ediblər. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alovların ətrafa sıçramasının qarşısı alınıb və yanğın söndürülüb.
 
Hadisə ilə əlaqədar araşdırma başlayıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS