SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı N.Islamov həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.

***09:43

Şabran rayonunda qətl hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu kənd sakinləri -1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.

BAKU.WS