SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Quba rayon sakini 1998-ci il təvəllüdlü Səyyad Həzrətquliyevin idarə etdiyi "Mercedes” markalı yük avtomobili Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi "Changan” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, dünyasını dəyişən R.Cəfərov polis əməkdaşı olub. O, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS