VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hərəkətdə olan “KamAz” markalı yük avtomobili “Mercedes”ə çırpılıb.

Daha sonra minik avtomobili yaxınlıqda velosipedlə dayanan şəxsə dəyib.

Qəza zamanı minik avtomobilində olan 31 yaşlı Rövşən Səfərov və 30 yaşlı velosipedçi Elman Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

E.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS