SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Birləşmiş Ərəb Əmirliyində son illərin ən güclü qasırğası baş verib. 
 
BAKU.WS-in məlumatına görə, Dubayı əsir alan qasırğa ətraf-aləmi dağıdıb. Şəhərə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, artıq bir neçə insan təbii fəlakətin qurbanı olub. Dəqiq ölənlərin sayı hələlik məlum deyil.

Dubayda hava limanı da iflic vəziyyətə düşüb. Güclü qasırğa zamanı təyyarələr bir-birinə dəyib və sıradan çıxıb. Məşhur çoxmərtəbəli dəbdəbəli mehmanxanalar da təbii fəlakətin fəsadlarının qurbanı olub. Güclü külək reklam lövhələrini və ağac parçalarını göyə sovurub ətrafa çırpıb.
 
Fövqəladə hadisəyə görə, məktəblər, mağazalar, banklar və hətta fond birjası bağlanıb. Həmçinin hakimiyyət sakinlərdən və turistlərdən küçəyə çıxmamağı xahiş edir.

Sinoptiklərin sözlərinə görə, bu hadisə əsl illik anomaliyadır. Ölkədə yağış yağması hər kəsi təəccübləndirib. Prinsip etibarilə hazırda Əmirliklərdə yağış mövsümü deyil.
 
Şahin Həbibov
BAKU.WS