SİZİN REKLAM BURADA!
055 213 76 73



Balakən-Bakı sərnişin qatarı avtomobillə toqquşub. 

 

Baku.ws-in APA-ya istinadən verdiyi məlumatına görə, hadisə avqustun 2-si saat 20.30 radələrində Balakən-Yevlax dəmir yol xəttinin Qax rayonu ərazisindən keçən hissəsində  baş verib.
 
Zaqatala rayon sakini, 37 yaşlı Siyavuş Mustafayev idarə etdiyi "Hyundai Accent” markalı, 62-BF-820 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən Balakən-Yevlax dəmir yol xəttinin Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində xəttin qorunmayan hissəsini gözləmədən keçib.
 
Nəticədə Balakən-Bakı sərnişin qatarı avtomobili vurub. Qəza nəticəsində avtomobilin sürücüsü, onun həyat yoldaşı, 34 yaşlı Aygül Mustafayeva və onların 12 yaşlı övladı İlkin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
 
Qax RMX-dan APA-ya verilən məlumata görə, yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Yevlax Xətt Polis Şöbəsində araşdırma aparılır.