SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhər İcra Hakimiyyəti başçısının Şəhər Təsərrüfatı üzrə müavini Mikayıl Zeynalov işdən azad olunub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Mikayıl Zeynalov öz ərizəsi ilə işdən çıxıb. Hələlik onun yerinə hər hansı bir təyinat yoxdur.

Məlumat üçün bildirək ki, Mikayıl Zeynalov Gəncənin sabiq İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin zamanında müxtəlif vəzifələrdə çalışıb.

2015 ci ildən isə Gəncə şəhər İcra Hakimiyyəti başçısının Şəhər Təsərrüfatı üzrə müavini vəzifəsində işləyib.

BAKU.WS